Müdafiə nazirinin sabiq müavininə hökm oxunub

Baş səhifə

Bakı. Trend:

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə
nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin
keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, şirkət
əməkdaşı – Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə
məhkəmə başa çatıb.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu prosesdə hökm
oxunub.

Hökmə əsasən, cinayət işi sübuta yetirilib və təqsirləndirilən
Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov isə 11 il azadlıqdan
məhrum edilib.




Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə
nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat
Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.

Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş
İdarəsinin keçmiş rəisi Fuad Məmmədovun Cinayət Məcəlləsinin 179.4,
341.2.1, 341.2.3 və 313-cü maddələri ilə təqsirləndirildiyi cinayət
işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində aparılıb.