İlin ilk səkkiz ayında neçə nəfər barəsində aliment qərarı çıxarılıb? – STATİSTİKA

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında 15 035
nəfər barəsində aliment ödənilməsinə dair qərar çıxarılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən
məlumat verilib.

Bildirilib ki, səkkiz ayın sonunda Nazirliyin yerli icra
qurumlarının icraatında olan aliment işlərinin cəmi 129
431
olub.




Respublika üzrə ən çox aliment işi Gəncə şəhəri
üzrə icra idarəsinin icraatında olmaqla 6 296 icra
sənədi təşkil edib.

Bakı şəhəri üzrə ən çox aliment Xətai
rayonundadır – 6 003 iş.

Həmçinin, 01.01.2024 – 30.06.2024-cü il tarixdə yerli icra
qurumlarının icraatına 11 324 aliment işi daxil
olub. Həmin dövrün sonunda icraatda 120 722
aliment işi olub.