ABŞ Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 40%-ə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından (ABŞ)
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici
investisiyaların həcmi 89,493 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 25,452 milyon ABŞ dolları və ya 39,7% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində ABŞ-dən yatırılan investisiyaların payı 2,8% təşkil
edib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında ABŞ
iqtisadiyyatına 77,621 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da
ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 57,960 milyon
ABŞ dolları və ya 3,9 dəfə çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə yatırılan
Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib.
Bununla da ABŞ Azərbaycanın ən çox investisiya yatırımı etdiyi
ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Amerika Birləşmiş
Ştatlarından Azərbaycana birbaşa xarici investisiyaların həcmi
64,041 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan
investisiyaların həcmi isə 19,661 milyon ABŞ dollarına bərabər
olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6
ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya
35,2% çoxdur.