
Bakı. Trend:
265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan
bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət
alıb.
Bu barədə Trend-ə 265 nömrəli körpələr evi-uşaq bağçasından
məlumat verilib.
Bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım
göstərilib.
“Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat
verilib.
Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım
göstərilib və vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb”,
əlavə edilib.