Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 77% artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Asiya İnkişaf Bankı (AİB) Azərbaycan
iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi
3,428 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 1,494 milyon ABŞ dolları və ya 77,2% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində AİB-dən yatırılan investisiyaların payı 0,1% təşkil
edib.




Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Asiya İnkişaf Bankından
Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,934 milyon ABŞ
dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6
ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya
35,2% çoxdur.