Xocalıya təşkil edilən ənənəvi media tur başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xocalıya təşkil edilən ənənəvi media tur başa çatıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, jurnalistlər Prezidentin izi ilə
Xocalıya təşkil edilən səfər çərçivəsində rayonunun Badara kəndində
olublar.

Badara kəndində haqqında jurnalistlərə məlumat verərkən Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət
Telmanqızı bildirib ki, kənddə sosialyönümlü bir sıra layihələr
icra olunub.




Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub,
transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz
xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin
çəkilişi davam etdirilir. Badarada park və bayraq meydanı
yaradılıb, yollara asfalt döşənib.

A.Telmanqızı həmçinin onu da bildirib ki, kəndin ərazisində
ümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i
isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin
sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq
14 ailə (55 nəfər) kəndə köçüb. Bununla da Xocalıya təşkil edilən
media tur başa çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında
həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın
nəzarətinə keçən kəndlərdən biri də Badaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir