Kreml Putinin təlimlərə hərbi geyimdə qatılmasına münasibət bildirib

Baş səhifə

“Bu, Putinin Rusiya qoşun qruplaşmasının qərargahına hərbi geyimdə ilk səfəri deyil”.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov sentyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinin Nijni-Novqorod vilayətindəki Mulino poliqonunda keçirilən “Qərb-2025” təlimlərinə hərbi geyimdə qatılmasına münasibət bildirərkən deyib.

Kremlin sözçüsü bunun yeni forma olmadığını, Putinin əvvəllər də həmin geyimdə olduğunu vurğulayıb.

“Burada haqqsızsınız və diqqətsizsiniz”, – Putinin sözçüsü bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir