Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana neft ixracı kəskin şəkildə azalıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana
ümumilikdə 782 min dollar məbləğində 1,747 min ton xam neft və
bitum süxurlardan əldə olunmuş neft məhsulları ixrac olunub.

Trend Azərbaycanın
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin
anoloji dövrünün göstəriciləri ilə müqayisədə, dəyər ifadəsində
ixrac 646 milyon dollar və ya 99,9% azalıb, həcm ifadəsində isə
1,028 milyon ton və ya 99,8% azalıb.




Keçən ilin ilk səkkiz ayı ərzində Azərbaycandan Hindistana 646,8
milyon ABŞ dolları dəyərində 1,029 milyon ton xam neft və neft
məhsulları ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20
ölkəyə ümumilikdə 15,925 milyon ton həcmində və 8,396 milyard ABŞ
dolları məbləğində xam neft və bitum tərkibli neft məhsulları ixrac
edilib.