
Bakı. Trend:
UNEC növbəti dəfə
beynəlxalq uğura imza atıb!
İlk dəfə olaraq, dünyanın aparıcı universitetlərinin yer aldığı
“QS
MBA Rankings 2026” reytinqinə daxil olub.
UNEC bu reytinqdə dünya üzrə ən yaxşı 201-250-ci, Avropa
üzrə 70-ci, Azərbaycanda isə 1-ci yerə yüksəlib. Qlobal
təhsil məkanında əldə olunan bu uğurla UNEC Azərbaycan ali
təhsilinin beynəlxalq səviyyədə nüfuzunu möhkəmləndirib.
UNEC-in MBA proqramının QS reytinqinə daxil olaraq dünya
universitetləri ilə bir sırada yer alması onun beynəlxalq arenada
güclənən mövqeyinin göstəricisi, həyata keçirilmiş dəyişikliklərin
real nəticəsidir.