“Formula 1” günlərində metronun iş rejimində dəyişiklik ediləcək

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula
1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik
edəcək.

Trend xəbər
verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-ə keçən
gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin
girişinə açıq olacaq.




“Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda
gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar
hazır vəziyyətdə saxlanılacaq.

Rahat və təhlükəsiz səfərlər üçün metropolitendən düzgün
istifadə qaydalarına riayət etməyi unutmayaq”,- əlavə edilib.