Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan əsas ticarət
tərəfdaşları ilə aktiv əməkdaşlığını qoruyub saxlayıb. İxrac həcmi
baxımından birinci yerdə İtaliya gəlir. Sözügedən Qərbi Avropa
ölkəsinə səkkiz ay ərzində ümumilikdə 7,97 milyard dollar həcmində
mal ixrac olunub.

Trend Azərbaycanın
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, ikinci yerdə
Türkiyə gəlir (ixrac həcmi- 2,29 milyard dollar), üçüncü yerdə isə
Azərbaycandan 819 milyon dollar həcmində mal idxal etmiş Rusiya
gəlir.

Dördüncü mövqedə 655 milyon dollar həcmində malın ixrac olunduğu
Çexiya gəlir. İlk “beşliyi” Bolqarıstan tamamlayır – sözügedən ölkə
Azərbaycandan 523 milyon dollar həcmində mal idxal edib.




İtaliyaya tədarük 1,34 milyard dollar və ya 20,3% artıb.
Türkiyəyə ixrac 376,3 milyon dollar (14,1%), Çexiyaya isə 85,4
milyon dollar (11,5%) azalıb. Rusiya Azərbaycandan idxalı 51,3
milyon dollar (6,7%), Bolqarıstan isə 136,5 milyon dollar (35,3%)
artırıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin
hesablamalarına görə, cari ilin yanvar–avqust aylarında Azərbaycan
173 ölkə ilə 32,118 milyard ABŞ dolları məbləğində ticarət
əməliyyatları həyata keçirib.

Ticarət dövriyyəsi ixrac üzrə 15,2 milyard ABŞ dolları, idxal
üzrə isə 13,6 milyard ABŞ dolları təşkil edib. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir