Almaniya Azərbaycandan neft idxalını əhəmiyyətli dərəcədə artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Almaniyaya
ümumilikdə 445,3 milyon dollar həcmində 841,9 min ton neft və bitum
süxurlardan əldə olunmuş neft məhsulları ixrac olunub.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dəyər
ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,9 milyon ABŞ
dolları və ya 9,6% çox, həcminə görə isə 223,5 min ton və ya 36,1%
artım deməkdir.

Ötən ilin birinci yarısında Azərbaycandan Almaniyaya 406,3
milyon ABŞ dolları həcmində 618 min ton bitumlu süxurlardan alınmış
xam neft və neft məhsulları ixrac olunmuşdu.




Hesabat dövründə Almaniya Azərbaycandan ən çox neft ixrac edilən
ölkələr arasında 4-cü yeri tutub.

Qeyd edək ki, bu ilin yanvar–avqust aylarında Azərbaycandan 20
ölkəyə ümumilikdə 8,396 milyard ABŞ dolları məbləğində və 15,925
milyon ton həcmində xam neft və neft məhsulları ixrac edilib.