10 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər
çərçivəsində Bakı-Gəncə, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid
Məntəqəsi), Bakı-Horadiz, Sumqayıt-Kürdəmir, Mingəçevir-Ağcabədi,
Şəki-Gəncə, Bərdə-Gəncə, Lənkəran-Sumqayıt, Beyləqan-Gəncə, eləcə
də paytaxtın 71 nömrəli şəhərdaxili avtobus marşrutlarını
müsabiqəyə çıxarır.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil
edilir.

Sənədlər 16 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;
əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt:
[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat
nəqliyyat vasitələri də təqdim olunmalıdır.




İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə,
Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Horadiz,
Sumqayıt-Kürdəmir və Mingəçevir-Ağcabədi istiqamətlərində 5 lot
üzrə noyabrın7-də;

Şəki-Gəncə, Bərdə-Gəncə, Lənkəran-Sumqayıt və Beyləqan-Gəncə
istiqamətlərində, eləcə də paytaxtın 71 nömrəli (“Koroğlu” NMM – “Azadlıq prospekti” metrostansiyası) şəhərdaxili avtobus
marşrutları üzrə 5 lotda noyabrın 13-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir