
Bakı metrosu “Formula 1” günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.