
Bakı. Trend:
Gürcüstanın Batumi şəhər məhkəməsi “Netflix” studiyasının
haqqında “Tinderli dələduz” sənədli filmini çəkdiyi Saymon Levayev
barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Trend bu barədə
Gürcüstan KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən ötən gün əsl adı Şimon Hayut olan, İsrailli
Levaev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. O, 2022-ci ildə
Amerika striminq xidməti “Netflix” tərəfindən yayımlanan “Tinderli
dələduz” adlı sənədli film sayəsində məşhurlaşıb. Filmdə Levaevlə
tanışlıqdan sonra onun qurbanına çevrilən qadınların hekayələri
təqdim olunur. Levaev özünü varlı bir şəxs kimi qələmə verir,
etibar qazandıqdan sonra qadınlara hədə-qorxu gəlirdi.
Qeyd edək ki, 2019-cu ildə o, saxta pasportla Yunanıstanda
saxlanılıb İsrailə ekstradisiya edilmişdi.