
Bakı. Trend:
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi
işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv
məşğulluq proqramlarını davam etdirir.
Trend
xəbər verir ki, agentlik tərəfindən növbəti əmək yarmarkası Laçın
şəhərində təşkil olunub.
“Laçın” İstirahət Kompleksi və Laçın Su Meliorasiya
Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə
keçirilən yarmarkada növbə rəisi, baş mühasib, kargüzar,
təsərrüfatçı, qəssab və s. sahələr üzrə 14 vakansiya təqdim
edilib.
Aktiv məşğulluq tədbirində çıxarılan vakansiyalara uyğun
namizədlərin ilkin qeydiyyatı aparılıb.