Əcnəbilərin Azərbaycanda vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərinin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinə
fəaliyyət istiqamətləri üzrə 67 127 müraciət daxil olub.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat
verilib.




Bildirilib ki, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
    Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı
    müraciətlər – 45880
  • Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin
    alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 7156
  • Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər – 204
  • Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin
    müəyyənləşdirilməsi ilə bağlı müraciətlər – 1190
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
    Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə
    məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması
    ilə bağlı müraciətlər – 867
  • Çağrı mərkəzinə daxil olan zənglər – 6922
  • Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti
    vasitəsilə daxil olan müraciətlər – 1364
  • Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən
    müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər
    – 1146
  • Digər müraciətlər – 2398