Uşaq evi sosial xidmət müəssisələrinin 22 sakini ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət
müəssisələrinin 22 məzunu ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul olunublar.

Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla
xəbər verir ki, uşaq evlərinin məzunlarından 3 nəfəri ali təhsil
müəssisələrində, 19 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili
müəssisələrində təhsillərini davam etdirəcəklər.




Qeyd edək ki, Agentliyin uşaq evləri və ailə tipli kiçik qrup
evləri sosial xidmət müəssisələrində 500-ə yaxın uşaq dövlət
qayğısı ilə əhatə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir