
Bakı. Trend:
Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi əmək
müqaviləsinin yoxlanması ilə bağlı keçirilmiş nəzarət tədbirləri
nəticəsində 480 min manat maliyyə sanksiyası tətbiq edib.
Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, hesabat ilində 240 fiziki şəxsin müqaviləsiz
işə cəlb edilməsi halı müəyyən edilib.
Eyni zamanda dövr ərzində əmək müqaviləsinin yoxlanması ilə
bağlı 41 vergi ödəyicisində, 49 obyektdə nəzarət tədbirləri həyata
keçirilib.