Badara sakini: Doğma torpaqlarda yenidən gözəl günlərimiz başlayıb

Baş səhifə

“Prezidentin kəndimizə, evimizə gəlməsi bizim üçün böyük sevinc oldu. Bundan gözəl təəssürat ola bilməz. Bizi doğma torpaqlara qovuşdurduğuna, qayğımıza qaldığına, gözəl mənzillə təmin etdiyinə görə ona təşəkkürümü bildirirəm”.

Bu sözləri APA-nın yerli bürosuna Xocalı rayonunun Badara kənd sakini Barat Novruzov deyib. O, ağrılı-acılı günlərin artıq geridə qaldığını, doğma torpaqlarda yenidən gözəl günlərin başladığını bildirib: “Xocalı hadisələri zamanı beş nəfər ailə üzvümü itirmişəm. Atam, anam, iki bacım və polis əməkdaşı qardaşım şəhid olub. Özüm də yaralanaraq əsir düşmüşdüm. Əsirlik dövründə məni Ruben adlı bir erməninin qəbri üstündə öldürmək istəyirdilər. Yolun müəyyən bir hissəsində özümü qayadan ataraq sağ qaldım. 33 ildən sonra öz doğma torpaqlarımıza qovuşmuşuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Ali Baş Komandanımıza uzun ömür versin. Onun apardığı siyasət nəticəsində biz doğma torpaqlarımıza qayıtmışıq. Bizim üçün burada gözəl şərait yaradılıb”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir