Narkomaniya xəstəliyi ilə əlaqədar yeni tibb müəssisəsi açılacaq

Baş səhifə

Bakı. Trend:

Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi
tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsi fəaliyyətə
başlayacaq.

Trend xəbər
verir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda
öz əksini tapıb.




Tədbirlər Planına əsasən, icra müddəti 2025-2026-cı illəri əhatə
edəcək.

Səhiyyə Nazirliyə əsas icracı, Daxili İşlər Nazirliyi, Maliyyə
Nazirliyi, İqtisadiyyat Nazirliyi isə digər icraçı qurumlar kimi
təyin edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir