Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edənlərə dair məsuliyyət artırılacaq

Baş səhifə

Bakı. Trend:

Narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün
fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə
işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin
məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın
təkmilləşdiriləcək.

Trend xəbər
verir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda
öz əksini tapıb.




Tədbirlər Planına əsasən, icra müddəti 2025-ci ili əhatə
edəcək.

Nazirlər Kabineti əsas icracı, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər
Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi
fəaliyyət göstərən İşçi Qrupu isə digər icraçı qurumlar kimi təyin
edilib.