“Uzbekneftgaz” mütəxəsisləri kadların idarəolunması üzrə SOCAR-da təcrübə keçib

Baş səhifə

Daşkənd. Trend:

“Uzbekneftgaz” səhmdar cəmiyyəti və Azərbaycan Dövlət Neft
Şirkəti (SOCAR) arasında olan əməkdaşlıq haqda memorandum
çərçivəsində mütəxəssislərdən ibarə qrup SOCAR bazasında “kadrların
idarəolunması” istiqaməti üzrə təcrübə keçib.

Trend bu barədə
“Uzbekneftgaz” səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Təcrübə müddətində iştirakçılar əmək münasibətlərinin
tənzimlənməsi, kadrların səmərəli idarə olunması, təşkilati
strukturun inkişafı və əmək məhsuldarlığının artırılması sahəsində
təcrübə mübadiləsi aparıblar.




Xatırladaq ki, 2024-cü ilin avqust ayında Özbəkistanın milli
neft-qaz şirkəti “Uzbekneftgaz” ilə Azərbaycan SOCAR-ı
karbohidrogen sənayesində əməkdaşlıq barədə saziş imzalayıb. Bu
tərəfdaşlıq çərçivəsində geoloji kəşfiyyat işlərinə, o cümlədən
seysmik tədqiqatlara və Üstyurd yaylasında karbohidrogenlərin
hasilatına hazırlıq işlərinə başlanılıb.

Bundan əlavə, iyulun 24-də tərəflər hasilatın pay bölgüsü sazişi
(PSA) imzalayıblar ki, bu da Özbəkistana yaxın 25 il ərzində daxili
bazarın neftə olan tələbatını tam ödəməyə imkan verəcək. Hasil
olunacaq qaz isə daxili bazara yönəldilərək yerli sənayeni əlçatan
və keyfiyyətli neft məhsulları ilə təmin edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir