Məktəblərdə çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanacaq

Baş səhifə

Bakı. Trend:

Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə
ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün
təlimat hazırlanacaq.

Trend xəbər
verir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda
öz əksini tapıb.




Tədbirlər Planına əsasən, prosesin icra müddəti 2026-cı ili
əhatə edəcək.

Elm və Təhsil Nazirliyi əsas icracı, Səhiyyə Nazirliy isə digər
icraçı qurum kimi təyin edilib.