Çin 29 saatlıq birbaşa uçuşlara başlayır

Baş səhifə

Bakı. Trend:
“China Eastern Airlines” Şanxay və Buenos-Ayresi birləşdirən yeni
marşrutu üçün aviabiletlərin satışına başlayıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, Şanxayın Pudonq Beynəlxalq Hava
Limanından qalxan uçuş Argentina paytaxtının Ministro Pistarini
Beynəlxalq Hava Limanına çatmaq üçün təxminən 25,5 saat, geri dönüş
isə 29 saat davam edəcək.




Qeyd edək ki, hər iki reys Yeni Zelandiyanın Oklend şəhərində
iki saatlıq dayanmalı olacaq. Bu müddət ərzində sərnişinlər fasilə
üçün təyyarədən enə bilərlər, buna görə də uçuşlar “birbaşa” olsa
da, fasiləsiz deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir