Sahibə Qafarova Forumda Azərbaycanda gender siyasəti istiqamətində əldə olunan nailiyyətlərdən danışıb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Kuala Lumpur
şəhərində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının
Parlamentlərarası Assambleyasının 2-ci Qadın Siyasi Liderlər
Forumunda çıxışı zamanı Azərbaycan Milli Məclisinin təcrübəsi və
ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər
barədə geniş məlumat verib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

O bildirib ki, Azərbaycan qadınların hüquqlarının qorunmasına və
onların qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tam
sadiqdir.

Spiker xatırladıb ki, Azərbaycan 1918-ci ildə əksər Avropa
ölkələrini də qabaqlayaraq, qadınlara səsvermə hüququ verib.
2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə
qadınlar parlamentdəki 125 yerdən 26-nı qazanıblar ki, bu da
əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsil
olunurlar ki, bu da parlament tərəfindən tənzimlənən bütün
məsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərə
alınmasına imkan verir.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın gender məsələləri
ilə bağlı beynəlxalq parlament təşkilatlarında fəaliyyəti və
təşəbbüsləri haqqında da danışıb. O deyib ki, Azərbaycan Milli
Məclisi parlamentlərarası təşkilatların işində yaxından iştirak
edərək, bu gündəliyi daha da zənginləşdirmək üçün təşəbbüslər irəli
sürür, qadınlarla bağlı məsələlərdə beynəlxalq əməkdaşlığa güclü
dəstək verir. Eyni zamanda qeyd olunub ki, Türk Dövlətləri
Parlament Assambleyasının Qadın Parlamentarilər Qrupu Assambleyanın
2019-cu ildə Bakıda keçirilən Doqquzuncu Plenar Sessiyasında təsis
edilib. Asiya Parlament Assambleyasının hazırkı sədri kimi Milli
Məclis Assambleya çərçivəsində Qadınlar üzrə Komissiyanın
yaradılmasını təklif edib ki, bu da hazırda üzv parlamentlərin
müzakirəsindədir. O cümlədən, qadın deputatlarımız bir sıra digər
parlament təşkilatlarının, həmçinin Parlamentlərarası İttifaq
çərçivəsində Qadın Parlamentarilər Forumunun və Gender Tərəfdaşlığı
Qrupunun işində fəal iştirak edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir