
Bakı. Trend:
Müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış
7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ
Universitetinin tələbələrinin istifadəsinə verilib.
Trend
universitetə istinadla xəbər verir ki, müvafiq yaşayış şəraiti
yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilib.
Ümumilikdə 30 min kvadrat metr mənzil sahəsi olan yataqxana
kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulub.
Qeyd edək ki, Qarabağ Universitetinin ötən il istifadəyə
verilmiş digər tələbə yataqxanası 6 mənzil tipli binadan
ibarətdir.