Növbəti müsahibələr barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib

Baş səhifə

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə
mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar
müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Trend İnsan
Resursları Mərkəzinə istinadla xəbər verir ki, müəllimlər
portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma”
bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola
bilərlər.

Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsi barədə məlumatlar
müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.




Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan
şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş
şəxslərin əməkhaqqına isə 35 % əlavə veriləcək. Əlavələr müsahibə
mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq
olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir