Kanada Bankı əsas faiz dərəcəsini üç ilin minimumuna endirdi

Baş səhifə

Bakı. Trend:

Kanada Bankı zəif əmək bazarı və inflyasiya təzyiqlərinin
azalmasını nəzərə alaraq, altı ayda ilk dəfə əsas faiz dərəcəsini
endirib.

Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, mərkəzi bank çərşənbə
günü dərəcəni 25 baza bəndi azaldaraq 2,5%-ə qədər endirib. Bu, son
üç ilin ən aşağı göstəricisidir.

Xatırladaq ki, ötən ilin iyun ayından mart ayına qədər Bank
ümumilikdə 225 baza bəndi endirim etmiş, mart ayında isə yumşaldıcı
siyasətini dayandırmışdı.




Kanada Bankının rəhbəri Tiff Maklem ABŞ tariflərinin zərərli
təsirlərinə dair qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb:
“Daha zəif iqtisadiyyat və inflyasiyanın azalması riski fonunda
İdarəetmə Şurası əsas dərəcənin endirilməsini risklərin
tarazlaşdırılması baxımından məqsədəuyğun hesab etdi,” – deyə o,
jurnalistlərə bildirib.

Maklem əlavə edib ki, Bank riskləri qiymətləndirməyə davam
edəcək, daha qısa müddətli proqnozlara üstünlük verəcək və yeni
məlumatlara operativ reaksiya verəcək.

Onun sözlərinə görə, faiz dərəcəsinin azaldılması İdarəetmə
Şurasının yeddi üzvünün yekdil qərarı olub. Əsas faiz dərəcəsi
sonuncu dəfə 2022-ci ilin iyulunda 2,5%-ə düşmüşdü.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir