
Bakı. Trend:
Braziliyanın keçmiş prezidenti (2019–2022) Jair Bolsonaroda dəri
xərçəngi diaqnozu qoyulub.
Trend-in CNN
Brasil-ə istinadən verdiyi məlumata görə, Bolsonaro hazırda həkim
nəzarəti altındadır.
Onu müalicə edən həkim bildirib ki, dəri zədələri erkən
mərhələdə aşkarlanıb:
“Pasiyent vaxtaşırı müayinələrdən keçəcək və dərisinin digər
nahiyələrində zədələrin yaranmaması üçün mütəmadi monitorinq
olunacaq. Mövcud yaralar çıxarılıb, lakin dərisinin ümumi
vəziyyətinə dair nəticələr hələ ilkin xarakter daşıyır”.
Məlumata görə, keçmiş prezidentin döş qəfəsi və qolunda dəri
zədələri qeydə alınıb.

