Qızılın qiyməti Comex birjasında rekord həddə çatıb

Baş səhifə

Bakı. Trend:

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) dekabr
çatdırılması üzrə qızıl fyuçerslərinin qiyməti tarixi rekorda imza
atıb.

Trend-in ticarət
platformasındakı göstəricilərəistinadən verdiyi məlumata görə,
qiymətli metalın dəyəri bir troya unsiyası üçün 3 744 dollara
yüksəlib. Bu, 0,69 faiz artım deməkdir və qızılın bütün zamanların
ən yüksək həddinə çatması ilə nəticələnib.




Artımın əsas səbəbi kimi ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü
ilin dekabrından sonra ilk dəfə faiz dərəcəsini 4–4,25% diapazonuna
endirməsi göstərilir.

Qeyd edək ki, çərşənbə axşamı qızılın qiyməti artıq 3 737,1
dollar səviyyəsinə qalxaraq əvvəlki rekordunu yeniləmişdi.