
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya uçan təyyarəsi
Nyu-York üzərində sərnişin təyyarəsinə təhlükəli dərəcədə
yaxınlaşıb.
Trend-in
Bloomberg-ə istinadən verdiyi məlumata görə, aviadispetçer
yaxınlaşmanı görərək sərnişin təyyarəsinin heyətinə toqquşmanın
qarşısını almaq üçün kursu dəyişməyi əmr edib.
Qeyd olunur ki, Tramp Böyük Britaniyaya ikinci dövlət səfəri ilə
sentyabrın 16-da axşam gəlib. Onun ilk dövlət səfəri isə 2019-cu
ildə, prezidentliyinin ilk dövründə baş tutmuşdu.

