Avropada yay istiləri 16 500 nəfərin ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

İqlim dəyişikliyi nəticəsində bu yay Avropa şəhərlərində
temperaturun artması 16 500 nəfərin ölümünə gətirib çıxarıb. Bu
göstərici istidən ölüm hallarının 68 faizinə bərabərdir. Ümumilikdə
isə 854 şəhərdə 24 400 nəfərin ekstremal istilərdən öldüyü güman
edilir.

Trend-in
“Tagesschau”a istinadən verdiyi məlumata görə, bu barədə
britaniyalı alimlərin araşdırmasında bildirilib.




Araşdırma yalnız Avropa əhalisinin 30 faizini əhatə edən
şəhərləri əhatə etdiyindən, nəticələr bütün qitə üzrə tam mənzərəni
əks etdirmir. Buna baxmayaraq, tədqiqat göstərir ki, Cənubi Avropa
paytaxtları uzunmüddətli istilərin təsirinə daha çox məruz qalıb.
Məlumata görə, istilər nəticəsində Romada 835, Afinada 630, Parisdə
409, Madriddə 387, Buxarestdə 360, Londonda 315, Berlində isə 140
ölüm halı qeydə alınıb.

Qeyd olunub ki, istilər xüsusilə sürətlə qocalan Avropa əhalisi
üçün daha böyük təhlükə yaradır. Yaşı 65-dən yuxarı olanlar bütün
istidən ölüm hallarının təxminən 85 faizini təşkil edib.