
Bakı. Trend:
ABŞ-nin Pensilvaniya ştatında silahlı insident baş verib.
Trend-in
məlumatına görə, hadisə zamanı üç hüquq-mühafizə orqanı əməkdaşı
həlak olub, daha iki zabit yaralanıb. Atəş açan şəxs isə sonradan
intihar edib.
Məlumata görə, insident polis əməkdaşlarının məhkəmə qərarı ilə
axtarış aparmaq üçün getdiyi ərazidə qeydə alınıb. Yaralı iki polis
əməkdaşı xəstəxanaya yerləşdirilib.

