Kanada şirkəti Mərakeşdə yeni qızıl yatağı aşkar edib

Baş səhifə

Bakı. Trend:

Kanadanın “Aya Gold & Silver” şirkəti Mərakeşin şərqindəki
Tingir əyalətində, əsas Bumedyen layihə qurşağının qərbində,
Assiram sahəsində yeni qızılla zəngin yatağın aşkarlandığını elan
edib.

Trend-in
məlumatına görə, şirkət qazma nəticələrinin yüksək ehtimalla
perspektivli ehtiyatların mövcudluğunu göstərdiyini
təsdiqləyib.




Rəsmi açıqlamada bildirilib ki, yaxınlarda aparılan qazma
əməliyyatları səkkiz kilometrdən çox uzanan qızıl tərkibli
minerallaşma müəyyən edib. Səth nümunələri isə 1 tona 12,2 qram
qızıl və 4,1 faiz mis konsentrasiyası göstərib.

Bu göstəricilər regionda geoloji kəşfiyyat üçün yeni
perspektivlər açan “keyfiyyətli irəliləyiş” kimi qiymətləndirilib,
– Mərakeşin “Akhbarona” onlayn qəzeti xəbər verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir