Kamçatkada 5,6 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb.

Trend xəbər verir
ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka
bölməsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 5,6 bal
təşkil edib.




Zəlzələ Petropavlovsk-Kamçatskidən 94 km aralıda, 24,6 km
dərinlikdə baş verib. Seysmik intensivlik isə 4 bal olaraq
qiymətləndirilib.