
Bakı. Trend:
Northrop Grumman şirkətinin Cygnus XL yük gəmisi sentyabrın
18-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) yaxınlaşacaq.
Trend xəbər verir
ki, məlumatı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi
(NASA) yayıb.
NASA-nın açıqlamasına görə, Cygnus XL 18 sentyabr, şərq vaxtı
ilə saat 07:18-də BKS-ə təhlükəsiz şəkildə çatdırılacaq. Kosmik
gəminin 2026-cı ilin martına qədər stansiyada qalacağı
gözlənilir.
Əvvəlcə docking prosesi 17 sentyabr üçün planlaşdırılmışdı,
lakin kosmik gəminin əsas mühərrikindəki problemlər səbəbindən
gecikdirilib.