UEFA Çempionlar Liqasında I tura bu gün yekun vurulacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının I turunun son oyunları
keçiriləcək.

Trend xəbər verir
ki, gün ərzində ümumilikdə 6 görüş baş tutacaq.

Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə Almaniyanın “Ayntraxt”
klubu ilə üz-üzə gələcək. “Barselona” isə İngiltərədə “Nyukasl
Yunayted” komandasının qonağı olacaq.




Qazaxıstan təmsilçisi “Kayrat” səfərdə “Sportinq” qarşısında xal
qazanmağa çalışacaq.

Günün mərkəzi oyunu isə Mançesterdə keçiriləcək. Burada yerli
“Mançester Siti” İtaliya nəhəngi “Napoli” ilə qarşılaşacaq.

“Brüqqe” – “Monako”
“Kopenhaqen” – “Bayer Leverkuzen”
“Ayntraxt” – “Qalatasaray”
“Mançester Siti” – “Napoli”
“Nyukasl Yunayted” – “Barselona”
“Sportinq” – “Kayrat”