
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi “Özəl
sektor əməliyyatlarında inkişaf təsirinin dərinləşdirilməsi” adlı
texniki yardım layihəsinin icrasına başladığını elan edib,
Bu barədə Trend
banka istinadən xəbər veirr.
AİB-in Xüsusi Texniki Yardım Fondundan 2,19 milyon dollar
məbləğində maliyyələşdirilən təşəbbüs rəsmi olaraq icra mərhələsinə
keçib.
Layihə inkişaf etməkdə olan AİB üzv ölkələrində layihələrin
keyfiyyətinin artırılması yolu ilə özəl sektorun inkişafa töhfəsini
maksimumlaşdırmağa yönəlib. AİB-2030 Strategiyasına uyğun olaraq
texniki yardım ərzaq təhlükəsizliyi problemlərinin həllinə,
rəqəmsal uçurumun azaldılmasına, dayanıqlı enerji sistemlərinin
inkişafına və iqlim dəyişikliklərinə dayanıqlığın artırılmasına
fokuslanacaq.
Proqramın əsas istiqamətlərinə daxildir:
- yüksək təsirə malik özəl sektor investisiyalarını
stimullaşdırmaq üçün layihə portfelinin inkişafı və
layihələndirmənin təkmilləşdirilməsi; - inkişaf sahəsində daha yüksək nəticələrin əldə olunması üçün
layihələrin icra səmərəliliyinin artırılması - özəl sektor vasitəsilə inkişaf təsirinin qiymətləndirilməsinin
təkmilləşdirilməsi və bilik mübadiləsinin gücləndirilməsi.
Azərbaycanla yanaşı, layihə AİB üzv ölkələrinin geniş çevrəsini
əhatə edir: Əfqanıstan, Ermənistan, Banqladeş, Butan,
Bruney-Darüssəlam, Kamboca, Kuk adaları, Fidji, Mikroneziya
Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan,
Qırğızıstan, Kiribati, Laos, Malayziya, Maldiv adaları,
Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin,
Papua-Yeni Qvineya, Çin, Marşall adaları, Samoa, Solomon adaları,
Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leste, Türkmənistan, Tonqa,
Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam.