AYİB Azərbaycandakı layihələrinin portfeli haqda yenilənmiş məlumatları təqdim edib

Baş səhifə

Bakı. Trend:

Cari ilin avqust ayının sonuna olan göstəriciyə əsasən Avropa
Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda gerçəkləşdirdiyi
layihələrin portfeli 954 milyon avro təşkil edir və 35 layihədən
ibarətdir.

Trend bu barədə
AYİB-ə istinadən məlumat verir.

Bankın həmin layihələrdə iştirak payı 1 faiz, əməliyyat
aktivləri isə 697 milyon avro həcmində qiymətləndirilir.




Portfelin ümumi dəyərində özəl sektorun payı 38 faizdir.

AYİB-in Azərbaycanda fəaliyyətə başladığı vaxtdan bəri ölkə
iqtisadiyyatına ümumilikdə 3,673 milyard avro investisiya
yatırılıb. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3,368 milyard avro
təşkil edir.

İndiyədək AYİB Azərbaycanda 200 layihənin həyata keçirilməsinə
dəstək göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir