BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed
Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb.

Trend xəbər
verir ki, BƏƏ Prezidentinin sosial media hesabında yayımlanan
videoda onun azad olunmuş ərazilərə səfərindən kadrlar yer
alıb.

“Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf
edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda
Zati-aliləri Prezident İlham Əliyev ilə görüşməkdən məmnun oldum.
Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq
Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı
sürətləndirmək, ortaq imkanlar yaratmaq, regional və qlobal sülh və
sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini
araşdırdıq”, – paylaşımda qeyd edilib..