Azərbaycan və Almaniya arasında yanvar-avqust aylarındakı ticarət dövriyyəsinin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasında
ticarət əməliyyatlarının həcmi 1,032 milyard (ABŞ) dollar təşkil
edib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2024-cü ilin anoloji
dövrü ilə müqayisədə 51,3 milyon dollar və ya 5,2 faiz çoxdur.

Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanın
ümumdaxili məhsulunun (ÜDM) 3,2 faizini təşkil edib. Beləcə,
Almaniya Azərbaycanın ticarət əməliyyatlarının həcminə görə
əməkdaşlığ etdiyi ölkələr arasında beşinci yerdə qərarlaşıb.




2025-ci ilin yanvar–avqust aylarında Azərbaycandan Almaniyaya
ixrac 466,3 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 24 milyon ABŞ dolları və ya 5,4 faiz azdır.
Eyni zamanda, göstərilən dövrdə Almaniyadan Azərbaycana idxal 566,9
milyon dollar olub ki, bu da illik ifadədə 27,8 milyon ABŞ dolları
və ya 5,1 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycan
ümumilikdə 32,1 milyard ABŞ dolları həcmində xarici ticarət
əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 3,6 faiz çoxdur. İxracın payına 18,2 milyard ABŞ
dolları, idxalın payına isə 12,8 milyard ABŞ dolları düşüb.
Beləliklə, illik ifadədə ixrac 6,4 faiz azalıb, idxal isə 17,9 faiz
artıb.