Prezident İlham Əliyev:Azərbaycan regionda sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan regionda sülh gündəliyinin irəli aparılması üçün
səylərini bundan sonra da davam etdirəcək.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın
18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul
edərkən deyib.




Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı
imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad
edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması
ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib. Bu
xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin
əhəmiyyətini vurğulayıb