AFFA “Neftçi”ni 8000 manat cərimələyib

Baş səhifə

Bakı. Trend:

AFFA İntizam Komitəsi “Neftçi”ni 8000 manat məbləğində
cərimələyib.

Trend milli
assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, qərar
İntizam Komitəsinin son iclasında qəbul edilib.




Buna Bakı klubunun azarkeşlərinin Misli Premyer Liqasının IV
turunun “Sabah”la oyunundakı (0:0) davranışları səbəb olub. Paytaxt
təmsilçisi meydançaya kənar əşyalar atıldığına və bu hal cari
mövsümdə ikinci dəfə yaşandığına görə 3000, kütləvi şəkildə
təhqiramiz ifadələr səsləndirildiyi üçün isə 5000 manat
cərimələnib.

“Şamaxı” – “Karvan-Yevlax” oyununda isə ev sahibi komandanın
heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə
ödəyəcək.