
Bakı. Trend:
Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri
Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə
iştirak edib.
Trend
xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri
Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin
ilk görüşünün iştirakçılarını salamlayıb.
Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti
Sadır Japarova çatdırıb.
Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq
əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.