
Bakı. Trend:
300 metr ölçüsündə olan “2025FA22” asteroidi Yerdən yan keçib və
hal-hazırda planetimizdən uzaqlaşmaqdadır.
Trend xəbər verir
ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Kosmik Tədqiqatlar
İnsitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey
Boqaçyov danışıb.
“Planet üçün potensial təhlükəli kosmik cisimlərin siyahısına
daxil olmuş 130 x 290 metr ölçüsündə olan “2025 FA22” asteroidi bu
gün 10.41-də (Bakı vaxtı ilə 11:41-də) Yer və Aydan yan keçib”,
-deyə alim bildirib.
Bundan əvvəl alimlər asteroidin Yerə ən yaxın məsafəyə qədər
yaxınlaşacağını elan etmişdilər.