
Beyləqan. Trend:
Beyləqanda həyat yoldaşını bıçaqlayan kişi saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib
ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli
törətməkdə şübhəli bilinən zərərçəkənin həyat yoldaşı Orxan
Mahmudlu saxlanılıb.
Araşdırma aparılır.
xxx
13:09
Beyləqanda kişi həyat yoldaşını bıçaqlayıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Rəsulzadə küçəsində
baş verib.
Rayon sakini 1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızı
sağ saidin kəsilmiş açıq yarası ilə Beyləqan Mərkəzi Rayon
Xəstəxanasına çatdırılıb.
Xəstəxanaya daxil olarkən Ü.Mahmudlu ailədaxili mübahisə
zəminində həyat yoldaşı tərəfindən xəsarət yetirildiyini
bildirib.
Faktla bağlı araşdırma aparılır.