Azərbaycan Avrasiyada “yaşıl” birgə maliyyələşdirmə üzrə aparıcı ölkələr sırasında yer alır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan 2022–2024-cü illərdə Avrasiyada “yaşıl” birgə
maliyyələşdirmə üzrə aparıcı ölkələr sırasında yer alır.

Trend bu barədə
Avrasiya İnkişaf Bankına istinadən məlumat verir.

Bankın hesabatına əsasən, Avrasiya regionunda birgə
maliyyələşdirmə həcmi 2008-2024-cü illərdə 13,9 milyard dollar
təşkil edib. Beynəlxalq maliyyə təşkilatlarının orta illik birgə
maliyyələşdirmə həcmi isə 33% – 2008-2010-cu illərdə 1,2 milyard
dollar olduğu halda, 2022-2024-cü illərdə 0,8 milyard dollara qədər
azalıb.




“Bu, əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
maliyyələşdirməsinin azalması ilə bağlıdır. Beynəlxalq Maliyyə
Korporasiyası (BMK) və Asiya İnkişaf Bankı (AİB) isə ortaillik
birgə maliyyələşdirmə həcmlərini artırıblar. 2022–2024-cü illərdə
birgə maliyyələşdirmə əsasən Özbəkistan, Azərbaycan və Qazaxıstanda
bərpaolunan enerji sahəsinə, həmçinin Monqolustan və Özbəkistanda
maliyyə sektoruna yönəldilib”,- hesabatda bildirilir.

AİB-in məlumatına görə, 2022–2024-cü illərdə bərpaolunan enerji
sektoruna ən böyük investisiya AYİB tərəfindən (1,4 milyard dollar
və ya 47 faiz), BMK tərəfindən (426 milyon dollar və ya 14 faiz),
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) tərəfindən isə (385
milyon dollar və ya 13 faiz) təsdiqlənib. Qəbul edən ölkələr:
Özbəkistan (1,8 milyard dollar), Azərbaycan (675 milyon dollar) və
Qazaxıstan (280 milyon dollar).

“Bərpaolunan enerji üzrə ən iri layihə 2024-cü ildə BMK
tərəfindən Özbəkistanın “International Company for Water and Power
Projects” şirkətinə təsdiqlənmiş 228 milyon dollarlıq investisiya
kreditidir. Layihə 500 MVt gücə malik günəş fotoelektrik
stansiyasının və enerji saxlama üçün akkumulyator batareyaları
sisteminin tikintisini nəzərdə tutur”,- hesabatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir