
Bakı. Trend:
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata
keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində
ümumilikdə 5874 cinayət faktı aşkarlanıb.
Trend
xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının
daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında qeyd edilib.
Bildirilib ki, onlardan 1818-i narkotik vasitələrin qanunsuz
satışı, 3890-ı narkotik vasitələrin qanunsuz əldə edilib
saxlanılması, 164-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib
becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı
olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə
müsadirə olunmuş 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və
psixotrop maddələrin 5 ton 306 kq 678,863 qramını marixuana, 250 kq
966,55 qramını heroin, 119 kq 866,229 qramını tiryək, 60 kq 593,938
qramını həşiş, 150 kq 165,907 qramını digər narkotik vasitələr və
103 kq 759,433 qramını psixotrop maddələr təşkil etmişdir.
Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 16363 ədəd
çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir
edən maddə qanunsuz dövriyyədən götürülüb.