
Bakı. Trend:
İlk 8 ayda qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kq 030,92
qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri
152 milyon 430 min kimi qiymətləndirilir.
Trend xəbər verir ki, bu barədə Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun
məlumatında qeyd edilib.
Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı
cinayət məsuliyyətinə 3614 nəfər cəlb edilib, həmin şəxslərdən 3499
kişi, 115 qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən
67 nəfəri xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qr
müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr
çətənə bitkisi götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və
psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə
gətirilməsi ilə bağlı 160 fakt aşkar edilib, həmin faktlar üzrə
qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 504 kq 596,74 qr və 5183
həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb
güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş
cinayətlərin 183 qrup halında törədilmiş və həmin faktlar üzrə
qanunsuz dövriyyədən çəkisi 1 ton 737 kq 722,253 qr nakotik vasitə,
psixotrop maddə maddə və 27,3 qr güclü təsir edən maddə müsadirə
edilib.